Главная > Dünya > Gürcüstanda COVID-19-dan ölənlərin sayı 3 435-ə yüksəlib

Gürcüstanda COVID-19-dan ölənlərin sayı 3 435-ə yüksəlib


21-02-2021, 10:05. Разместил: azadses
Gürcüstanda ötən sutkada daha 258 nəfərə koronavirus diaqnozu qoyulub, 10 pasiyent vəfat edib.

“Azad Səs” xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə COVID-19-a yoluxanların sayı 268 355-ə, ölənlərin sayı isə 3 435-ə çatıb.

Son 24 saat ərzində 571 nəfər sağalaraq evə buraxılıb. Xəstəlikdən sağalanların ümumi sayı 261 637-yə yüksəlib.(Report)

Вернуться назад