Главная > Dünya / Manset > Azərbaycan və Türkiyənin əməkdaşlığına dair daha bir saziş qüvvəyə minib
Azərbaycan və Türkiyənin əməkdaşlığına dair daha bir saziş qüvvəyə minib20-02-2021, 11:40. Разместил: azadses |
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlıq haqqında saziş”i təsdiqləyib. “Azad Səs” xəbər verir ki, dövlət başçısı bununla bağlı müvafiq qanunu imzalayıb. Qanun imzalandığı gündən qüvvəyə minir. Qeyd edək ki, sənədi Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov və Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Fatih Dönmez imzalayıb.(Report) Вернуться назад |