Главная > Dünya > ABŞ ştatında abort qadağası məhkəmə predmeti oldu
ABŞ ştatında abort qadağası məhkəmə predmeti oldu20-02-2021, 08:06. Разместил: azadses |
ABŞ-ın cənubi Karolina ştatının qubernatoru Henri Makmaster bölgədə demək olar ki, bütün abortları qadağan edən fərman imzalayıb. “Reuters” bununla bağlı xəbər yayıb. Beləliklə, qadağan edilən abortlar dölün ürək atışları meydana gəldikdə, yəni hamiləliyin altıncı həftəsindən sonraya aiddir. Bölgə Məhkəməsi hakimi Maykl Yuppertin qərına görə, hamiləliyin altıncı həftəsində döl hələ canlı deyil. ABŞ-ın müxtəlif bölgələrindəki qaydaya görə, 24-cü həftədən - yəni dölün ana bətnindən kənarda yaşamasının mümkünlüyündən sonra abort qadağandır. Abort problemi ABŞ-da qızğın mübahisələrə səbəb olur. Belə ki, 1973-cü ildə qadının abort hüququ konstitusiya səviyyəsində müəyyən olunub. Eyni zamanda, ştatlar hamiləliyin dayandırılması ilə bağlı müstəqil olaraq məhdudiyyətlər tətbiq edə bilərlər.(Oxu.az) Вернуться назад |