Главная > Dünya > Akardan SƏRT ÇIXIŞ: Sığınacaqları başlarına uçdu

Akardan SƏRT ÇIXIŞ: Sığınacaqları başlarına uçdu


19-02-2021, 16:50. Разместил: azadses
“Pəncə Qartal-2” hərəkatı PKK-nın idarəetməsində ciddi təşvişə səbəb olub.

''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.

Nazirin sözlərinə görə, kəşfiyyat xidməti təşkilatın hərəkət qabiliyyətinin məhdudlaşdığını öyrənib: “PKK-nın qaçacaq yeri qalmadığını təşkilatın idarəçiləri çox yaxşı anladı. Bölgədəki sığınacaqları başlarına uçdu. Terrorun hər növünə qarşı çıxmaq və ortaq mövqe sərgiləmək hamımızın vəzifəsidir. Hər şeydən əvvəl insanlıq vəzifəsidir”.


Вернуться назад