Главная > Dünya / Manset > Rusiyada daha 470 nəfər koronavirusdan ölüb

Rusiyada daha 470 nəfər koronavirusdan ölüb


19-02-2021, 12:27. Разместил: azadses
Rusiyada son bir gündə daha 13 433 nəfərə COVID-19 diaqnozu qoyulub.

“Azad Səs” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 4 139 031 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 470 nəfər artaraq 82 396-ya yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 3 679 949 nəfər sağalıb.(Report)

Вернуться назад