Главная > Dünya > Türkiyə Ordusu böyük əməliyyata başlayır - Ərdoğan AÇIQLADI

Türkiyə Ordusu böyük əməliyyata başlayır - Ərdoğan AÇIQLADI


18-02-2021, 09:13. Разместил: azadses
Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı Qara bölgəsində həyata keçirilən "Pəncə Qartal-2" əməliyyatı bitirdikdən sonra yeni əməliyyata başlayacaq.

''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb. Ərdoğan bu fikirləri bildirib:

"Əhəmiyyətli bir məsafə qət etdiyimiz əməliyyatları təhlükələrin çox olduğu bölgələrə doğru genişləndirəcəyik. Bundan sonra sərhədlərimizə daha yaxşı nəzarət edə bilməyimiz üçün İraq ərazisindəki mühüm bölgələrə nəzarət etmək və orada qalmaq vacib olacaq. Bizim əsas fəaliyyət istiqamətimiz cənub sərhədlərimizin təhlükəsizliyi təmin etməkdir".

Türkiyə Prezidenti Qara əməliyyatı ilə bağlı aşağıdakı sözləri deyib:

"Bir ölkənin ərazisində 35-40 km dərinlikdə əməliyyat apara biləcəyimizi göstərdik. Bundan sonra daha belə bir əməliyyat gözləyirəm. PKK-nın nüfuzlu üzvlərini zərərsizləşdirə bilmişik".


Вернуться назад