Главная > Dünya > Ərdoğan razılıq əldə etdi: 2 il ərzində...
Ərdoğan razılıq əldə etdi: 2 il ərzində...17-02-2021, 12:30. Разместил: azadses |
Türkiyədə konstitusiyaya dəyişiklik çərçivəsində Ədalət və İnkişaf Partiyası Milliyyətçi Hərəkat Partiyası ilə razılığa gəlib. ''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, yeni konstitusiya üçün akademiklərdən ibarət işçi qrupu yaradılacaq. Qrup Prezident Rəcəb Tayyib Ərdoğanın Baş müşaviri Yavuz Atar tərəfindən hazırlanacaq. AKP və MHP-dən səlahiyyətli 2 şəxs də qrupda yer alacaq. Hədəf fəaliyyətin başladığı tarixdən etibarən 2 il ərzində bütün işləri tamamlamaqdır. Qeyd edək ki, ötən həftə Prezident Rəcəb Tayyib Ərdoğan MHP lideri Dövlət Baxçalı ilə telefon əlaqəsi quraraq konstitusiya araşdırmaları üçün elmi komitə yaratma barədə qərara gəlmişdi. Вернуться назад |