Главная > Dünya > Kreml Qələbə Paradının keçiriləcəyini açıqladı

Kreml Qələbə Paradının keçiriləcəyini açıqladı


16-02-2021, 15:05. Разместил: azadses
Bu il Qələbə Paradı birmənalı şəkildə baş tutacaq.
 
''Azad Səs''-in Pravda.az-a istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat katibi Dmirti Peskov bildirib.
 
Onun sözlərinə görə, lakin hələlik Qələbə Paradının vaxtı sual altındadır.
 
“Hətta 2020-ci ildə parad keçirilib. Parad keçiriləcək, buna şübhə yoxdur”, - deyə D. Peskov vurğulayıb.
 
Qeyd edək ki, ötən il epidemioloji vəziyyətə görə Moskvada hər il 9 mayda keçirilən Qələbə Paradı 24 iyun tarixində baş tutub.
 

Вернуться назад