Главная > Dünya > 6,7 bal gücündə daha bir şiddətli zəlzələ qeydə alındı
6,7 bal gücündə daha bir şiddətli zəlzələ qeydə alındı16-02-2021, 12:47. Разместил: azadses |
Sakit okeanın cənubunda yerləşən Vanuatu arxipelaqında 6,7 bal gücündə zəlzələ olub. ''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Araşdırmalar Mərkəzi məlumat yayıb. Paytaxt Port Vila yaxınlığında, yerin 14 km dərinliyində qeydə alınan təkanlardan sonra sunami xəbərdarlığı edilməyib. Təbiət hadisəsindən sonra tələfatın olmadığı bildirilir. Qeyd edək ki, 13 fevralda Yaponiyada 7 bal gücündə zəlzələ olmuş, nəticədə 160 nəfər yaralanmışdı. Son dövrlərdə dünyanın müxtəlif bölgələrində şiddətli zəlzələlər qeydə alınır. Вернуться назад |