Главная > Dünya > Son sutkada daha 740 nəfərin koronavirusla bağlı testi pozitiv çıxdı

Son sutkada daha 740 nəfərin koronavirusla bağlı testi pozitiv çıxdı


16-02-2021, 10:42. Разместил: azadses
Gürcüstanda son sutkada daha 740 nəfərin koronavirusla bağlı testi pozitiv nəticələnib.
 
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
 
Beləliklə, qonşu ölkədə hazırkı dövrədək COVID-19-a yoluxanların sayı 266 462 nəfərə çatıb.
 
Son 24 saat ərzində daha 496 nəfər müalicə olunaraq sağalıb, 14 pasiyent isə vəfat edib. Sağalanların sayı 259 228-ə, dünyasını dəyişənlərin sayı isə 3 377-yə yüksəlib.

Вернуться назад