Главная > Dünya > Türkiyədə dəhşətli hadisə - 5 ölü, 38 yaralı var

Türkiyədə dəhşətli hadisə - 5 ölü, 38 yaralı var


16-02-2021, 10:12. Разместил: azadses
Bu gün səhər saatlarında Türkiyənin Konya vilayətində ağır yol qəzası baş verib.

''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, magistral yolun Konyanın Karapınar qəsəbəsindən keçən hissəsində ağırtonnajlı yük maşını (TIR) yoldan çıxaraq dərəyə yuvarlanıb. Bu zaman qəzanı görən digər minik avtomobilinin sürücüsü maşını saxlayaraq TIR-ın sürücüsünə kömək etmək istəyib. Lakin avtomobilin arxasından gələn sərnişin avtobusu hadisədən xəbərsiz olaraq minik avtomobilinə çırpılıb. Nəticədə avtomobil və avtobus da dərəyə aşıb.

Hadisə nəticəsində ilkin məlumata görə, 5 nəfər ölüb, 38 nəfər isə xəsarət alıb.
Olay yerinə xilasedicilər və çoxsaylı həkim briqadaları göndərilib.




Вернуться назад