Главная > Dünya > Günəş Sistemindəki ən uzaq obyekt kəşf edildi

Günəş Sistemindəki ən uzaq obyekt kəşf edildi


15-02-2021, 16:13. Разместил: azadses
Günəş Sistemindəki ən uzaq obyekt tapılıb.  Rəsmi olaraq "2018 AG37" adlandırılan obyekt Günəşdən çox uzaq bir orbitdədir.
''Azad Səs'' Unikal.org-a istinadən xəbər verir ki, sözügedən obyektin Günəşi bir dəfə dövr etməsi təxminən min il çəkir. Bu məsafə 132 astronomik vahid kimi göstərilir.
Bu bərabərlik, Günəşdən ən uzaq obyekt olan "FarOut"u taxtdan salıb. "FarOut", Günəşdən 124 astronomik vahiddir.
Kəşfi həyata keçirən alimlər "2018 AG37"nin 400 kilometrə yaxın eni olduğunu təxmin edirlər. Buzla zəngin olduğu təxmin edilən obyekt, bu ölçüdə planetoid olaraq təsnif edilib.  

Вернуться назад