Главная > Dünya > Türkiyə Prezidenti: "Türk ordusu qarşısında nə terror təşkilatı, nə də əlaltıları dayana bilər"
Türkiyə Prezidenti: "Türk ordusu qarşısında nə terror təşkilatı, nə də əlaltıları dayana bilər"15-02-2021, 15:10. Разместил: azadses |
“Ordumuzun zaman və məkan məhdudiyyəti tanımadan ölkəmizin ehtiyac duyduğu lazım olan hər hərəkatı öz imkanları ilə həyata keçirmək səviyyəsinə çatması ilə qürur duyuruq”. “Azad Səs” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib. “Hər ötən ildə dağlarda inkişaf edən qabiliyyətləri, təchizatı, texnologiyası, canlı qüvvəsi ilə türk ordusunun qarşısında nə terror təşkilatı, nə də əlaltıları dayana bilər. Əsgərimizin qarşısında dayana bilməyən terror təşkilatı alçaqlıqda sərhəd tanımır”, - dövlət başçısı bildirib.(Report) Вернуться назад |