Главная > Dünya > Koronavirusla bağlı MÜHÜM TƏDQİQAT - Xəstəlik necə yayılıb?

Koronavirusla bağlı MÜHÜM TƏDQİQAT - Xəstəlik necə yayılıb?


15-02-2021, 09:56. Разместил: azadses
Çində koronavirusun mənşəyini araşdıran Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tədqiqatçıları 2019-cu ilin dekabrında Vuhanda epidemiyanın əvvəlcədən düşünüləndən daha çox yayıldığını göstərən əlamətlər aşkar ediblər.

''Azad Səs'' Redaktor.az-a istinadən bildirir ki, yüz minlərlə qan nümunəsi incələnib. ÜST missiyasının baş müfəttişi Peter Ben Embarek CNN-ə verdiyi müsahibədə virusun 2019-cu ildə daha geniş yayıldığına dair sübutlar tapdığını qeyd edib. Bu əlamətlər arasında dekabr ayında Vuhan şəhərində ondan çox virus növünün ilk aşkarlanması faktı da var.

Komanda üzvləri koronavirusa ilk yoluxan şəxslə də danışıblar. Təxminən 40 yaşı olan şəxs dekabrın 8-də xəstəliyə yoluxduğunu deyib.

Qeyd olunub ki, COVID-19 pandemiyasının Çindəki heyvan bazarları ilə əlaqəsi yoxdur. 

Embarek bunları deyib: "Virus dekabrda Vuhanda geniş yayılmışdı, bu yeni bir tapıntıdır. Deməli, koronavirus söyləniləndən dah əvvəl olub və sürətlə yayılmağa başlayıb".


Вернуться назад