Главная > Dünya > ABŞ-dan bu ölkəyə çağırış: Sevgini bildir!

ABŞ-dan bu ölkəyə çağırış: Sevgini bildir!


14-02-2021, 14:46. Разместил: azadses
ABŞ-ın Kosovodakı səfirliyi ölkə vətəndaşlarını sevgililər günündə öz hisslərini səsvermə yolu ilə nümayiş etdirməyə çağırıb.

''Azad Səs'' Axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ səfirliyinin Feysbuk səhifəsində məlumat yerləşdirilib.

“Müqəddəs Valentin” günündə ölkənə və ailənə öz sevgini göstər. Səs ver! Kosovonun gələcəyi sənin əlindədir”, - çağırışda qeyd olunub.

Qeyd edək ki, bu gün Kosovoda növbədənkənar parlament seçkiləri keçirilir.

Вернуться назад