Главная > Dünya > Əfqanıstan-İran gömrük məntəqəsində yanğın zamanı 70 nəfər xəsarət alıb
Əfqanıstan-İran gömrük məntəqəsində yanğın zamanı 70 nəfər xəsarət alıb14-02-2021, 14:16. Разместил: azadses |
Əfqanıstanın şimal-qərbindəki Herat əyalətində İranla sərhəddə gömrük məntəqəsində şənbə günü baş vermiş yanğın zamanı azı 70 nəfər xəsarət alıb. ''Azad Səs'' Oxu.az-a istinadən xəbər verir ki, bu barədə İranın “Farsnews” agentliyi bildirib. Qeyd edək ki, hadisə gömrük məntəqəsində benzindaşıyan maşının partlayışı nəticəsində baş verib. Əfqan tərəfi alovun söndürülməsi üçün İrandan kömək istəyib. Yanğın lokallaşdırılıb. Вернуться назад |