Главная > Dünya > Gürcüstan Prezidentindən 14 yaşlı qızın intiharı ilə bağlı AÇIQLAMA

Gürcüstan Prezidentindən 14 yaşlı qızın intiharı ilə bağlı AÇIQLAMA


13-02-2021, 12:50. Разместил: azadses
"14 yaşlı bir qızın faciəli ölümü dəhşətdir. Zorakılığın qarşısını almaq üçün cinayətkar cəzalandırılmalıdır".

''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, bu açıqlamanı ölkə Prezdenti Salome Zurabişvili iki gün öncə 14 yaşlı qızın özünü inthar edərək öldürməsinə münasibət bildirərkən deyib.

Prezidentin sözlərinə görə, bu kimi məsələlərə münasibət sərt və birmənalı olmalıdır: “14 yaşlı qızın intiharı faciədir! Mənim üçün bir prezident olaraq və xüsusən də bir qadın üçün baş verənlər ciddi və qətiliklə qəbuledilməz bir şiddətdir! Şiddəti təşviq etməmək üçün cinayətkar cəzalandırılmalıdır. Bu kimi məsələlərə münasibətimiz sərt və birmənalı olmalıdır!".

Məlumat üçün bildirək ki, Kobuleti bələdiyyəsində on altı yaşına çatmamış oğlan, 14 yaşında qızı aldadaraq cinsi əlaqədə olub və sonradan qız intihar edib.

Hazırda həmin şəxs saxlanılıb, istintaq davam etdirilir.


Вернуться назад