Главная > Dünya > Əsgərlərimizdən qorxan ermənilər buna məcbur oldu - Öz xoşları ilə...
Əsgərlərimizdən qorxan ermənilər buna məcbur oldu - Öz xoşları ilə...12-02-2021, 09:38. Разместил: azadses |
Azərbaycan-Ermənistan sərhədlərinin demarkasiya və delimitasiyası çərçivəsində qədim Zəngəzurun Şurnuxu kəndində qanunsuz məskunlaşaraq həddindən artıq torpaqları zəbt edən ermənilər köçürüləcək. ''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, kənd sakinləri Gorus əyalətinin yaşayış olmayan Vanand, Axbulax, Dzorak (Şurnuxudan 9-13 km məsafədə - red.) kəndlərinə yerləşdiriləcək. Burada həm də maldarlıqla məşğul olanlar üçün otlaq əraziləri mövcuddur. Kənd rəhbəri Akop Arşakyan bildirib ki, Ermənistan və Azərbaycan hissələrinə bölünmüş kənddə azərbaycanlılarla bağlı heç bir hadisə baş verməyib. Sabitlik hökm sürür. Hətta Azərbaycan tərəfinə keçən mal-qaranı geri qaytarmaq mümkün olan hallar var. Lakin pəncərədən yaxınlıqda dayanan Azərbaycan əsgərlərini görən uşaqlar narahat olmaya bilməzlər. Sünik bölgəsi məsələləri üzrə idarələrarası komissiyanın rəhbəri, baş nazirin müşaviri Robert Qukasyan layihənin real olduğunu, amma hələ müzakirəyə çıxarılmadığıını deyib. Qeyd edək ki, Azərbaycanın sərhədlərini pozan 12 ailə Şurnuxuya köçürülmüş və Azərbaycan hərbçiləri bölgəyə yerləşdirilmişdi. Вернуться назад |