Главная > Dünya > "WhatsApp"dan illərdi gözlənilən FUNKSİYA GƏLİR

"WhatsApp"dan illərdi gözlənilən FUNKSİYA GƏLİR


12-02-2021, 08:35. Разместил: azadses
Populyar "WhatsApp" messencerində köhnə problem - eyni vaxtda bir neçə qurğuda işləməyin qeyri-mümkünlüyü həll ediləcək.

''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, bu barədə "WABetaInfo" portalı yazıb.

Şirkət "WhatsApp" messencerinin eyni vaxtda yalnız bir neçə qurğuda işləməsini deyil, həm də smartfona qoşulmadan işləyən veb-kliyenti sınaqdan keçirir. Hazırda sözügedən messencer konkret qurğu və telefon nömrəsinə bağlı işləyir.

Hələ ki yeni funksiya beta-test mərhələsindədir.


Вернуться назад