Главная > Dünya > Ermənistanda itkin ailələri növbəti aksiyası keçirdi
Ermənistanda itkin ailələri növbəti aksiyası keçirdi11-02-2021, 15:18. Разместил: azadses |
Ermənistanda itkin düşmüş hərbi qulluqçuların ailə üzvləri növbəti etiraz aksiyası keçiriblər. ''Azad Səs'' Unikal.org-a istinadən xəbər verir ki, aksiya hökumət binasının qarşısında olub. Xeyli itkin ailəsinin qatıldığı etiraz aksiyasında hökumətin bu yöndə gördüyü işlər tənqid olunub. "Övladım haqqında heç bir xəbər ala bilmirik. Bəs hansı işlər görülür? Hakimiyyət hara baxır?", - deyə iştirakçılardan biri etiraz edib. Aksiya zamanı həmçinin baş nazir Nikol Paşinyan və bütövlükdə hakimiyyət əleyhinə şüarlar səsləndirilib. Вернуться назад |