Главная > Dünya > Gürcüstanın XİN başçısı Azərbaycana səfər edəcək

Gürcüstanın XİN başçısı Azərbaycana səfər edəcək


11-02-2021, 12:38. Разместил: azadses
Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani yaxın zamanlarda Azərbaycana səfər edəcək.

''Azad Səs'' “Report”-a istinadən xəbər verir ki, o, bu barədə keçirdiyi brifinqdə məlumat verib.

Onun sözlərinə görə, qonşu ölkələrə səfərlər zamanı əsas müzakirə mövzularından biri iqtisadi diplomatiya ilə bağlı olacaq: “Səfərlər çərçivəsində Gürcüstan üçün vacib olan geosiyasi layihələr, ölkəyə əlavə yüklərin cəlb olunması məsələləri də nəzərdən keçiriləcək”.

D.Zalkaliani bildirib ki, Gürcüstan üçün geosiyasi layihələrin stimullaşdırılması çox önəmlidir.

Вернуться назад