Главная > Dünya > Gürcüstanda COVID-19-a yoluxanların sayı 264 mini ötüb

Gürcüstanda COVID-19-a yoluxanların sayı 264 mini ötüb


11-02-2021, 10:46. Разместил: azadses
Gürcüstanda son sutkada daha 557 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 639 nəfər sağalaraq evə buraxılıb, 10 pasiyent vəfat edib.

“Azad Səs” xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Qonşu ölkədə indiyədək COVID-19-a 264 158 yoluxma halı təsdiqlənib. Yoluxanların 256 024-ü sağalıb, 3 321-i isə ölüb.

Hazırda karantin rejimində 386, stasionar nəzarətdə 2 083 nəfər saxlanılır. Xəstəliyi simptomsuz keçirən 290 nəfər isə xüsusi otellərdə müalicə ilə təmin olunur.(Report)


Вернуться назад