Главная > Dünya > Hərbi təyyarə qəzaya uğradı: ölü və yaralılar var

Hərbi təyyarə qəzaya uğradı: ölü və yaralılar var


10-02-2021, 15:42. Разместил: azadses
Cənubi Amerika ölkəsi Paraqvayda Hərbi Hava Qüvvələrinə məxsus təyyarə qəzaya uğrayıb.

''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, nəticədə 7 nəfər həlak olub.

19 yaşlı tələbə Xose Daniel Zavan yaralı halda tapılaraq xəstəxanaya çatdırılıb.
Hərbi Hava Qüvvələrindən verilən açıqlamada “Nu Guasu” aviabazasına eniş etməyə çalışan “Cessna 402” tipli hərbi təyyarənin naməlum səbəbdən qəzaya uğradığı bildirilib.
Təyyarə hərbi nəqliyyat vasitəsi kimi istifadə edilirmiş.
İstintaq davam edir.

Вернуться назад