Главная > Dünya > Məhkumun beynindən qələm ÇIXARILDI

Məhkumun beynindən qələm ÇIXARILDI


10-02-2021, 08:48. Разместил: azadses
Rusiyanın Rostov-na-Donu xəstəxanasında məhkumun beynindən qələm çıxarılıb.

''Azad Səs'' xəbər verir ki, fevralın 5-də həkimlər məhbusun alnında hematoma (damar ətrafı toxumalara qan sızması) aşkar ediblər. Məhkum tibb işçiləri ilə söhbəti zamanı əsəbi vəziyyətdə qələmi gözünə soxduğunu etiraf edib.

Bir müddət əvvəl Rostov-na-Donu xəstəxanasının instaqram səhifəsində verilən məlumata görə, qələm məhbusun möcüzəli şəkildə ən əhəmiyyətli qan damarlarının və beyin gövdəsinin millimetrindən onlara zərər vermədən keçmişdi. Əməliyyat edilən xəstə reanimasiyaya köçürülmüşdü. Yeddi peşəkar cərrah tərəfindən aparılan əməliyyatdan bir gün sonra 37 yaşlı məhkum fevralın 9-da dünyasını dəyişib.(Axşam.az)


Вернуться назад