Главная > Dünya > Avropanın ən yaşlı sakini COVID-19-dan sağaldı

Avropanın ən yaşlı sakini COVID-19-dan sağaldı


9-02-2021, 08:44. Разместил: azadses
Fransa və Avropanın ən yaşlı sakini Lusil Randon 117 yaşı ərəfəsində koronavirusa yoluxub.

Bu barədə “Var-Matin” qəzeti xəbər yayır.

Bildirilir ki, COVID-19 onda yanvarın 16-da aşkarlanıb. Randonun xəstəliyi asemptomatik olub.

Onun özünütəcrid mərhələsini nisbətən ağır şəkildə yalnız keçirdiyi qeyd edilir.

Qocalar evinin nümayəndəsinin dediyinə görə, o “xəstəlikdən qorxduğunu” göstərməyib, ancaq “digərləri üçün çox narahatlıq keçirib”.

Lusil Randon 11 fevral 1904-cü ildə anadan olub. Gənclik illərində o xəstəxanada işləyib. Sonradan rahibə olub və Andre bacı adını alıb.(Oxu.az)

Вернуться назад