Главная > Dünya > Rusiya Gürcüstana kompensasiya ÖDƏYƏCƏK

Rusiya Gürcüstana kompensasiya ÖDƏYƏCƏK


9-02-2021, 07:57. Разместил: azadses
“Avropa Şurası ilə aparılan fəal iş nəticəsində Rusiya Gürcüstana kompensasiyanın ödənilməsi ilə bağlı danışıqlarda iştiraka razılıq verib”.

''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, bunu Gürcüstanın ədliyyə naziri Qoça Lortkipanidze parlamentdə çıxışı zamanı bildirib.
Nazirin sözlərinə görə, Rusiyanın imtina mövqeyi ilə bağlı irəliləyiş əldə olunub: “Avropa Şurasının vasitəçiliyi ilə Rusiya məsələnin yoluna qoyulması prosesinə cəlb olunmağa hazırdır. Bu, bizim məsələyə yanaşmamızın düzgünlüyünü sübut edir”.
Qeyd edək ki, Avropa Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli qərarına əsasən, Rusiya 2006-cı ildə insan haqlarının kobud pozulması ilə ölkədən kütləvi deportasiya olunan ən azı 1 500 şəxslə bağlı Gürcüstana 10 milyon avro həcmində kompensasiya ödəməlidir. Rusiya həmin qərarı bu günə qədər icra etməyib.




Вернуться назад