Главная > Dünya > Ermənistan dron istehsalı ilə bağlı QƏRİBƏ ADDIM ATDI: Şagirdləri...

Ermənistan dron istehsalı ilə bağlı QƏRİBƏ ADDIM ATDI: Şagirdləri...


8-02-2021, 15:01. Разместил: azadses
44 günlük müharibədə ağır məğlubiyyətə uğrayan Ermənistan pilotsuz təyyarə istehsal etmək məqsədilə fəaliyyətə başlayıb.

''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, ermənilərin bu addımları məktəblərdən başlaması diqqət çəkir.

Hazırlanan proqrama əsasən məktəblərdə dronların hazırlanması və istifadəsi tədrisinin keçilməsi məqsədilə ölkə üzrə 65 yerdə laboratoriya qurulacaq.

Proqramın rəhbəri Serdak Vardanyan deyir ki, məqsədləri pilotsuz təyyarə üzrə mütəxəssislərin yetirişdirilməsidir: “Müharibə texnoloji cəhətdən geri qaldığımızı göstərdi”.

Ermənistanın dron işinə məktəblərdən başlaması Türkiyə təcrübəsindən yararlanmaq istədiyini göstərir. Lakin Türkiyənin təcrübəsi fonunda ermənilərin dron istehsalına tədrisdən başlaması qəribə görünür.


Вернуться назад