Главная > Dünya > RƏZALƏT: 11 yaşlı qıza nişan mərasimi keçirilib?
RƏZALƏT: 11 yaşlı qıza nişan mərasimi keçirilib?8-02-2021, 14:47. Разместил: azadses |
Erkən nikah və onun yaratdığı problemlər cəmiyyətdə ən aktual mövzulardandır. Mütamadi maarifləndirmə işləri aparılsa da mövzu daim öz aktuallığını qoruyur. ''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə 11 yaşlı qızla 15 yaşlı oğlanın nişan mərasimindən şəkillər və video görüntülər yayılıb. Hadisənin bir neçə gün öncə Gürcüstanın Soganlıq adlanan, daha çox Azərbaycanlıların yaşadığı kənddə baş verdiyi iddia olunur. Ümid edirik ki, Gürcüstanın dövlət orqanları məsələni araşdıracaq. Вернуться назад |