Главная > Dünya > Köçəryandan ETİRAF: "Danışıqlar dalana dirənmişdi..."

Köçəryandan ETİRAF: "Danışıqlar dalana dirənmişdi..."


7-02-2021, 10:09. Разместил: azadses
"Əsas qayğısı feysbukda bəyənmə sayı olan insanların küçəyə çıxdıqları rəsmi Yerevan diplomatik siyasətdə uğursuzluqlar yaradıb”.

''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Robert Köçəryan “Sputnik Armenia”ya müsahibəsində bildirib.

"Bir sıra qərarlar yanlış idi. Onları iki mərhələyə bölmək lazımdır - müharibəyə qədər qəbul edilənlərin hamısı, həm də müharibənin gedişatında qəbul olunanlar", - Köçəryan “Qarabağda müharibənin nəticəsini nə müəyyən etdi” sualına cavabında deyib.

O qeyd edib ki, səbəblər arasında diplomatik cəbhədə tam müvəffəqiyyətsizliklər də var.
"Danışıqlar dalana dirənmişdi, diplomatiyaya yer yox idi. Ancaq bu, siyasi təcrübəsi, geosiyasi reallıqlar haqqında təsəvvürləri olmayan insanların hakimiyyətə küçədən gəlmələrinin qanunauyğun nəticəsidir. Bugünkü günlə yaşayan, əsas qayğıları "Facebook"da layk olan insanlar”, - Ermənistanın keçmiş prezidenti bildirib.


Вернуться назад