Главная > Dünya > Dəhşətli partlayış: yaralı və itkinlər var

Dəhşətli partlayış: yaralı və itkinlər var


6-02-2021, 14:57. Разместил: azadses
Fransanın Bordo şəhərindəki qarajlardan birində partlayış baş verib.

''Azad Səs'' Publika.az istinadən xəbər verir.

Bildirilir ki, partlayış nəticəsində yaşlı bir kişi ağır yaralanıb.

Ölkənin cənub-qərbindəki Yeni Akvitaniya bölgəsi prefekturasının Baş katibi Dolfin Balzanın məlumatına görə, onun vəziyyəti ağırdır. Partlayış nəticəsində daha 2 nəfərin itkin düşdüyü bildirilir.
Xilasedicilər onları tapmaq üçün axtarışa başlayıb. Hadisə yerində xilasetmə xidmətinin 70 əməkdaşı, həkimlər işləyir.
İlkin versiyaya görə, qəzanın səbəbi qarajdakı təmir işlərilə əlaqəlidir.
Yaxınlıqdakı evlərin sakinləri təxliyə edilib.

Вернуться назад