Главная > Dünya > ÜST-dən hər kəsi ÜMİDLƏNDİRƏN XƏBƏR: bunların sayəsində yoluxma azalır

ÜST-dən hər kəsi ÜMİDLƏNDİRƏN XƏBƏR: bunların sayəsində yoluxma azalır


6-02-2021, 14:24. Разместил: azadses
Dünyada koronavirusun yayılma sürəti azalır.

''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisi Mariya Van Kerkoven brifinq zamanı deyib.

Onun sözlərinə görə, bu, bir sıra ölkələrdə infeksiyaya yoluxma sayında azalma müşahidə edildiyini vurğulamaq üçün yaxşı bir məqamdır.

ÜST ekspertinin fikrincə, azalma ilk növbədə virusun ötürülmə zəncirlərini qıran tədbirlərin tətbiqi və vaksinyasiya nəticəsində olub.

O, ölkələri pandemiya ilə mübarizə tədbirlərinə riayət etməyə çağırıb.

Вернуться назад