Главная > Dünya > Uşaq qidalarında zəhərli maddələr aşkarlandı: sinir sistemin sıradan çıxarır və...

Uşaq qidalarında zəhərli maddələr aşkarlandı: sinir sistemin sıradan çıxarır və...


5-02-2021, 15:40. Разместил: azadses
ABŞ-ın bəzi uşaq qidaları istehsalçılarının məhsullarında ağır zəhərli metallar aşkarlanıb.
''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, Nümayəndələr Palatasının İqtisadi və istehlakçı siyasəti üzrə alt komitə mütəxəssisləri tərəfindən aparılan bir araşdırma nəticəsində qidalarda arsenik, qurğuşun, kadmium və civə tapılıb.
Uşaqlarda sinir xəstəliklərinə səbəb olan bu metalların araşdırılması könüllü müraciət edən “Gerber”, “Nurture Inc”, “Hain Celestial Group Inc”, “Beech-Nutrition” şirkətlərinin əvvəlki hesabatları əsasında aparılıb. “Walmart”, “Campbell” və “Sprout Organic Foods” şirkətləri isə araşdırmalar aparmaq üçün mütəxəssislərə icazə verməyib.
Palatanın Nəzarət və İslahat Komitəsinin nəzdindəki komitənin araşdırma mətnində bildirilir ki, məhsulların üzərində heç bir xəbərdarlıq etiketi yoxdur.
Zəhərli ağır metallara məruz qalmaq intellekt səviyyəsinin azalmasına, körpələrin nevroloji inkişafının dayanmasına səbəb olur.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, bu 4 ağır metal insan sağlamlığı və xüsusən neytrotoksik təsirlərə ən çox həssas olan körpələr və uşaqlar üçün təhlükəlidir.

Вернуться назад