Главная > Dünya > Lavrov: “Çalışacağıq ki, sizi məyus etməyək”

Lavrov: “Çalışacağıq ki, sizi məyus etməyək”


5-02-2021, 12:28. Разместил: azadses
“Bizim hamımızın qarşılaşdığı başlıca problem Rusiya ilə Avropa İttifaqı - Avrasiya məkanındakı iki böyük oyunçu arasında normal münasibətlərin olmamasıdır".
 
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Aİ-nin Xarici siyasət və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrellə görüşündə deyib.
 
“Bizim hamımızın qarşılaşdığı başlıca problem Rusiya ilə Avropa İttifaqı - Avrasiya məkanındakı iki böyük oyunçu arasında normal münasibətlərin olmamasıdır. Bu, əlbəttə ki, qeyri-sağlam vəziyyətdir və heç kəsə xeyir gətirmir. Biz bugünkü danışıqlar zamanı sizin bütün suallarınızı cavablandırmağa hazırıq. Çalışacağıq ki, sizi məyus etməyək”, - deyə Rusiya XİN başçısı vurğulayıb.

Вернуться назад