Главная > Dünya > Gürcüstanda biznesmen qətlə yetirilib
Gürcüstanda biznesmen qətlə yetirilib4-02-2021, 15:49. Разместил: azadses |
Gürcüstanın Poti şəhərinin mərkəzində qətl hadisəsi baş verib. ''Azad Səs'' “Report”-a istinadən xəbər verir ki, naməlum şəxslər maşında olan 43 yaşlı kişiyə 10-a qədər atəş açıblar. Qətlə yetirilən şəxsin iş adamı Quram Axalaya olduğu müəyyən edilib. Şahidlərin sözlərinə görə, o, avtomobilində oğlunu gözləyərkən yaxınlıqdan keçən maşından atəşə tutulub. Biznesmen təcili tibbi yardım maşını hadisə yerinə çatana qədər ölüb. Qətli törədən şəxs “isti izlər”lə saxlanılıb. Digər detallar hələ açıqlanmır. Yerli mətbuatın məlumatına əsasən, Q.Axalaya bir neçə il ərzində xaricdə yaşayıb. Vətənə dönən iş adamının qisas zəminində qətlə yetirildiyi ehtimal olunur. Вернуться назад |