Главная > Dünya > Gürcüstanda məktəblər və restoranlar açılır

Gürcüstanda məktəblər və restoranlar açılır


4-02-2021, 10:31. Разместил: azadses
Gürcüstanın Tbilisi, Kutaisi və Rustavi şəhərlərində məktəblərdə tədris prosesi fevralın 15-dən ənənəvi formada bərpa olunacaq.

“Azad Səs” xəbər verir ki, bunu ölkənin Baş naziri Giorgi Qaxariya bildirib.

O deyib ki, həmin tarixdən etibarən Gürcüstan üzrə bütün şagirdlər təhsillərini sinif otaqlarında davam etdirəcəklər.

G.Qaxariya həmçinin qeyd edib ki, fevralın 15-dən etibarən kafe və restoranların açıq havada fəaliyyətinə icazə veriləcək.Report


Вернуться назад