Главная > Dünya > Təyyarədaşıyan gəmi hərəkətə keçdi - ABŞ-ın GİZLİ PLANI

Təyyarədaşıyan gəmi hərəkətə keçdi - ABŞ-ın GİZLİ PLANI


3-02-2021, 12:56. Разместил: azadses
ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Con Kirbi İranla yaşanan gərginlikdən dolayı təxminən 9 aydır Yaxın Şərqdə olan "USS Nimitz" təyyarə gəmisinin Hind-Sakit Okean Qüvvələrinin (INDO-PACOM) əməliyyat bölgəsinə göndərildiyini açıqlayıb.

''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, Kirbi "USS Nimitz" təyyarə gəmisi Mərkəzi Qüvvələr (CENTCOM) bölgəsini tərk edərək INDO-PACOM bölgəsinə keçib" deyə bildirib.

Təyyarə gəmisinin Yaxın Şərqdən geri çəkilməsinin heç bir strateji səbəbinin olmadığını iddia edən Kirbi, gəminin dənizdə uzun müddət olduğunu və ABŞ-a geri dönəcəyini vurğulayıb.

Gəmini başqa bir gəmini əvəzləməməsi Bayden hökumətinin İrana qarşı gərginliyi azaltmaq səyi kimi dəyərləndirilir.


Вернуться назад