Главная > Dünya > Səlcuq Bayraqdar: "Azərbaycanla əməkdaşlıq etmək istəyirik"

Səlcuq Bayraqdar: "Azərbaycanla əməkdaşlıq etmək istəyirik"


3-02-2021, 12:43. Разместил: azadses
“Türkiyə Texnologiya Vəqfi olaraq texnofestival çərçivəsində Azərbaycanla əməkdaşlıq etmək istəyirik”.

''Azad Səs'' “Report”-a istinadən xəbər verir ki, bunu “Bayraktar TB2” pilotsuz uçuş aparatının yaradıcısı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkəni Səlcuq Bayraqdar deyib.

“Yaxın zamanlarda Azərbaycanla bu məsələdə təmaslarımız olacaq”, - o vurğulayıb.

Texnofestivaldan danışan S.Bayraqdar bildirib ki, məqsəd Türkiyənin texnologiyanı xaricdən almasını deyil, öz texnologiyasını istehsal etməsini təşviq etməkdir.

Вернуться назад