Главная > Dünya > Rusiyada koronavirusdan ölənlərin sayı 75 minə çatır

Rusiyada koronavirusdan ölənlərin sayı 75 minə çatır


3-02-2021, 12:00. Разместил: azadses
Rusiyada son bir gündə daha 16 474 nəfərə COVID-19 diaqnozu qoyulub.

“Azad Səs” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 3 901 204 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 526 nəfər artaraq 74 674-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 3 365 367 nəfər sağalıb.


Report

Вернуться назад