Главная > Dünya > Ermənistan ÇALXALANIR - Xalq AYAĞA QALXDI

Ermənistan ÇALXALANIR - Xalq AYAĞA QALXDI


3-02-2021, 11:19. Разместил: azadses
Ermənistan Milli Məclisinin binası yaxınlığında etiraz aksiyası keçirilir.

''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, müxalifətin qurduğu Vətənin Xilası Hərəkatı məhkəmə sistemi ilə əlaqəli qanun layihəsinə etiraz edir.

Polis hüquq-mühafizə orqanlarının tələblərinə tabe olmayan və yolu açmaqdan imtina edən 1 nəfəri həbs edib.

Qeyd edək ki, bu gün Ermənistan parlamenti "Məhkəmə Məcəlləsində dəyişikliklər və əlavələr edilməsi haqqında" konstitusiya qanununa baxmalıdır. Müxalifət hesab edir ki, yeniliklər müxalifətin fəaliyyətini boğmaq və hakimiyyətə etiraz edən şəxsləri mühakimə etmək məqsədi daşıyır.

Xatırladaq ki, müxalifət 18 fevralda ümumrespublika mitinqi keçirməyə hazırlaşır.

Вернуться назад