Главная > Dünya > Avstraliyada güclü yanğınlar yenidən başladı

Avstraliyada güclü yanğınlar yenidən başladı


2-02-2021, 10:45. Разместил: azadses
Avstraliyada meşə yanğınları tüğyan edir.

''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, Qərbi Avstraliya ştatının Pert şəhərində artıq 30 ev yanıb.

Avstraliya Yayım Qurumunda yer alan xəbərə görə, 2 gündür nəzarət altına alına bilməyən yanğınlar 4 min hektar əraziyə zərər vurub.

Bölgədəki güclü külək alovların miqyasının artmasına səbəb olur.
Qeyd edək ki, qitədə 2019-cu ildə başlayan və 2020-ci ilin martına qədər davam edən bənzəri görülməmiş meşə yanğınlarında 479 nəfər həlak olmuş, 18 milyon hektar ərazi külə dönmüş, 1 milyona yaxın heyvan tələf olmuşdu.

Вернуться назад