Главная > Dünya > Türkiyə sərhədində ortalığı qarışdıracaq İDDİA - Görüntülər yayıldı
Türkiyə sərhədində ortalığı qarışdıracaq İDDİA - Görüntülər yayıldı31-01-2021, 12:23. Разместил: azadses |
“Zeytun budağı” və “Sülh çeşməsi” əməliyyatları ilə terror dəhlizi layihəsi çökdürülən ABŞ Co Baydenin Prezident kimi fəaliyyətə başlamasından sonra Suriyanın şimalında PKK-ya dəstəyini artırıb. ''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, terror təşkilatı PKK-nı dəstəkləyən media orqanları Hasakanın Derik düzündə çəkildiyi iddia edilən 14 nəqliyyat vasitəsi karvanının görüntülərini yayımlayıb. Xəbərdə Cizre ilə üzbəüz bölgədə yeni əməliyyat təşkil ediləcəyi iddia edilib. Bəzi xəbərlərdə isə karvanın Türkiyə-Suriya-İraq sərhəd üçbucağında və Sincarda mümkün əməliyyata hazırlandığı qeyd edilib. İddialardan iki gün sonra ABŞ əsgərləri ilk dəfə bu bölgədə olduqlarını nümayiş etdiriblər. Amerikalı qüvvələr Derik sərhədlərinin Şırnak və Zaho ilə kəsişdiyi ərazidə 6 “Bradley” zirehli texnikası ilə keşik çəkiblər. Rumeylan qəsəbəsinin cənubundakı Harab-əl-Jir hava limanından yola çıxan vertolyotlar da patrulu müşayiət edib. ABŞ həmçinin Derik bölgəsinə silah, texnika və zirehli nəqliyyat tədarükünü də sürətləndirib. Məlumata görə, ABŞ tərəfindən 23 dekabr-23 yanvar tarixləri arasında İraqın şimalındakı bazalardan 240 yük maşını hərbi texnika PKK-nın işğalı altındakı bölgələrə göndərilib. Göndərilən sursatların arasında tanklar və “Bradley” zirehli maşınlarının olduğu bildirilib. İddia edilir ki, Türkiyə ilə sərhəd yaxınlığında hərbi bazaların yaradıla biləcəyi gözlənilir. ABŞ Xarici İşlər Nazirliyi Suriyada əsas yeri olan PKK terror təşkilatının yaratdığı Suriya Demokratik Qüvvələrinə dəstək verəcəklərini açıqlayıb: “İŞİD-lə mübarizədə əsas payını alan Suriya Demokratik Qüvvələrinə dəstəyimiz davam edir. ABŞ-ın dəstəyi olmadan İŞİD terrorçularının kökünü kəsə bilməzlər və hələ də həbsdə olan on minlərlə İŞİD məhbusunu və ailələrini qoruya bilməzlər. ABŞ Suriyanın şimal-şərqindəki bu qüvvələrlə sıx əməkdaşlığa davam edir. Suriya xalqının gələcəyi, bölgədə lazımi sabitlik və təhlükəsizliyi təmin etmək üçün dəstəyimiz davam edəcək”. Вернуться назад |