Главная > Dünya > Koronavirusdan ölən şəxs heç kimi yoluxdura bilməz - Pediatr
Koronavirusdan ölən şəxs heç kimi yoluxdura bilməz - Pediatr30-01-2021, 16:49. Разместил: azadses |
Məşhur pediatr Yevgeni Komarovski koronavirusdan ölən şəxsin qapalı halda dəfn olunmasının səbəblərini izah edib. ''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, həkim mərhumun artıq yaxınlarına koronavirusa yoluxma baxımından hər hansı təhlükə yaratmadığını deyib. “Koronavirus infeksiyasından ölən şəxsin qapalı şəkildə dəfn olunması tabutun ətrafına yığışan qohumların sosial məsafəni pozduğu üçün təhlükəlidir. Mərhumun özü heç kimi yoluxdura bilməz. Ölülərlə vidalaşmasına icazə verilməməsi, qapalı tabutlarda basdırılması dövlətin əhali ilə izahlı iş aparmadığını göstərir. Hər halda elementar epidemioloji qaydalara, yəni maskalar taxmaq və sosial məsafəni qorumaq lazımdır. Çətin və kədərli şəraitdə belə”, - həkim qeyd edib. Вернуться назад |