Главная > Dünya > Ukraynalı politoloq Qarabağdakı Rusiya sülhməramlıları barədə danışdı
Ukraynalı politoloq Qarabağdakı Rusiya sülhməramlıları barədə danışdı30-01-2021, 14:40. Разместил: azadses |
Bu barədə o, “Apostrof”a müsahibəsində deyib: “Bu mərhələdə İrəvanın xarici siyasət prioritetləri içərisində Moskvanın yerini tutacaq kimsə yoxdur... Lakin Ankara İrəvana onun imtina etməyəcəyi qədər əlverişli təkliflər verməyə müvəffəq olarsa, vəziyyət kəskin şəkildə dəyişə bilər”. Bundan əlavə, Samarski bildirib ki, Rusiya sülhməramlılarının münaqişə bölgəsində yerləşdirilməsi nəticəsində Azərbaycan heç nə uduzmayıb, Rusiya isə ciddi uğur qazanmayıb: “Məsələ bundadır ki, Bakı Rusiya Federasiyasının sülhməramlılarının yerləşdirilməsindən müəyyən bir qazanc əldə etdi. Bakı, heç olmasa orta müddətdə erməni azlığın hüquqlarına riayət problemi ilə bağlı baş ağrısından qurtulur. Azərbaycan üçün bir başqa müsbət məqam da Ermənistan ərazisindən keçən nəqliyyat rabitəsinin blokadadan çıxarılması ilə bağlı üstünlüklərdir”.Oxu.az Вернуться назад |