Главная > Dünya > Rusiyada daha 512 nəfər pandemiyanın qurbanı olub

Rusiyada daha 512 nəfər pandemiyanın qurbanı olub


30-01-2021, 11:10. Разместил: azadses
Rusiyada son bir gündə daha 19 032 nəfərə COVID-19 diaqnozu qoyulub.

“Azad Səs” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 3 832 080 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 512 nəfər artaraq 72 697-yə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 3 279 964 nəfər sağalıb.

Report

Вернуться назад