Главная > Dünya > Bu tarixdə universitetlər açılır

Bu tarixdə universitetlər açılır


29-01-2021, 16:24. Разместил: azadses
Rusiyada 8 fevraldan etibarən universitetlərdə yerində təhsil bərpa ediləcək.

''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirliyin nəzdində olan ali təhsil ocaqlarında tədris prosesi koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsindəki qaydalar əsasında aparılacaq.

Qeyd edək ki, paytaxt Moskva və Sankt-Peterburqda ali təhsil qurumları 13 noyabr 2020-ci ildə distant təhsilə keçid etmişdi.

Xatırladaq ki, Rusiyada son sutka ərzində 19 min 238 nəfər koronavirusa yoluxub.


Вернуться назад