Главная > Dünya > Telefonların simsiz doldurulması cihazı təqdim olunub

Telefonların simsiz doldurulması cihazı təqdim olunub


29-01-2021, 13:31. Разместил: azadses
“Xiaomi” şirkəti telefonlar üçün simsiz doldurma cihazı olan “Mi Air Charge”ı təqdim edib.

''Azad Səs'' “Report”-a istinadən xəbər verir ki, şirkətin rəsmi bloqunda yerləşdirilən açıqlamaya görə, həmin cihaz 1 mm-lik dalğalı işıq şüası yaradaraq elektrik enerjisinə çevirir və bir neçə ünvana çatdırır. Cihazın içində quraşdırılan 5 anten bir neçə metrədək məsafədə olan telefonların yerini təyin edir, daha 144 anten isə şüaların daxilindən dalğaları ötürür. Eyni zamanda, bir neçə telefona 5 vT-dək güc ötürülə bilir.

“Xiaomi” həmçinin xüsusi işarəverən anten və qəbuledici anten də icad edib. Qəbuledici anten qurğusu 14 antendən ibarət olub doldurma batareyasının buraxdığı 1 mm-lik dalğa siqnalını elektrik enerjisinə çevirir.

Bu texnologiyanın yaxın gələcəkdə ağıllı saatlar, bilərziklər, habelə masa lampaları, reproduktor və s. ilə bağlı tətbiqi nəzərdə tutulur.

Вернуться назад