Главная > Dünya > O, Putinə bu sözləri tərəddüd etmədən dedi

O, Putinə bu sözləri tərəddüd etmədən dedi


29-01-2021, 08:17. Разместил: azadses
ABŞ Aleksey Navalnının işi ilə bağlı Rusiya ilə müzakirələri davam etdirməyi gözləyir.

''Azad Səs'' Axar.az-a istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Cen Psaki deyib.

Onun sözlərinə görə, bu həftə baş tutan telefon danışığı zamanı Prezident Co Bayden Rusiya Prezidenti Vladimir Putinlə bununla bağlı tərəddüd etmədən danışıb:

“Bayden Aleksey Navalnı və etirazçılara qarşı necə davranıldığına dair narahatlığını çatdırıb və bu barədə ruslarla bir çox səviyyədə danışmağa mütləq davam edəcəyik”.

Вернуться назад