Главная > Dünya > Türkiyənin ən böyük cinayətkar qruplaşması çökdürüldü
Türkiyənin ən böyük cinayətkar qruplaşması çökdürüldü28-01-2021, 13:58. Разместил: azadses |
Türkiyənin miqrant qaçaqçılığı ilə məşğul olan ən böyük təşkilatı çökdürülüb. ''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, İstanbul Miqrant Qaçaqçılığı ilə Mübarizə Şöbəsi və Sahil Təhlükəsizliyi briqadaları Aralıq, Egey və Qara dənizdə qanunsuz işlər görən təşkilatı “Büyü Bozan” (“Tilsimi Qıran”) əməliyyatı çərçivəsində ifşa edib. Əməliyyat 6 ay davam edib. Polislər bu müddət ərzində özlərini balıqçı kimi qələmə verərək cinayətkarları deşifrə etməyi bacarıb. Əksəri balıqçı qayığı kapitanı olan təşkilat üzvlərinin əlindən 1470 miqrant xilas edilib. Qeyd edək ki, əməliyyatın adı təşkilat liderlərindən birinin “üzərimizdə tilsim var, buna görə daim bədbəxtlik yaşayırıq” sözlərindən sonra qoyulub. Cinayətkar qruplaşmanın lideri tilsimi qırmaq üçün Çanaqqaladan İstanbula gedib. Burada bir imamla görüşdükdən sonra üzərindəki tilsimi qırdığını zənn edərək geri qayıdıb. Polisin 9-cu əməliyyatında həmin şəxs də yaxalanıb. Bundan sonra polis əməliyyata “Büyü Bozan” adı verib. Вернуться назад |