Главная > Dünya > Bu tarixlərdə Moskvadan Bakıya uçuş olmayacaq - RƏSMİ

Bu tarixlərdə Moskvadan Bakıya uçuş olmayacaq - RƏSMİ


28-01-2021, 12:18. Разместил: azadses
Rusiyanın “Aeroflot” aviaşirkəti mart-aprel aylarında bir sıra şəhərlərə uçuşları ləğv edib.

''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, qərar koronavirus pandemiyası ilə əlaqədar davam edən məhdudiyyətlər səbəbilə qəbul edilib.

Beləliklə, 28 mart tarixindən 30 aprelə qədər Moskvadan Aktau, Aktobe, Alikante, Almatı, Amsterdam, Atira, Afina, Bakı, Banqkok, Barselona, Beyrut, Berlin, Bişkek, Brüssel, Bolonya, Budapeşt, Buxarest, Buxara, Valensiya, Varşava, Vaşinqton, Venesiya, Vyana, Verona, Vilnüs, Havana, Hamburq, Hannover, Honkonq, Quancao, Denpasar, Drezden, Dublin, Düsseldorf, İrəvan, Zaqreb, Karaqanda, Kişinyov, Kolombo, Kopenhagen, Kostanay, Larnaka, Los-Anceles, Lion, Lissabon, Lyublyana, Madrid, Mayami, Malaqa, Marsel, Milan, Mumbay, Münhen, Nays, Nyu-York, Napoli, Osaka, Oslo, Oş, Paris, Praqa, Pekin, Puket, Riqa, Roma, Rimini, Saloniki, Səmərqənd, Sofiya, Stokholm, Tallin, Daşkənd, Tehran, Təl-Əviv, Tenerife, Tivat, Ulan-Bator, Frankfurt, Hanoy, Ho Çi Min, Sürix, Şanxay, Ştutqart, Şımkənt şəhərlərinə uçuşlar dayandırılıb.

Вернуться назад