Главная > Dünya > Virusdan ölənlərlə bağlı paylaşım etmək qadağan edilib - SARSIDICI İDDİA
Virusdan ölənlərlə bağlı paylaşım etmək qadağan edilib - SARSIDICI İDDİA28-01-2021, 09:58. Разместил: azadses |
Koronavirus epidemiyasının yayıldığı ərazi olan Çinin Vuhan şəhəri ilə bağlı yeni iddialar ortaya çıxıb. ''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, ÜST qrupunun virusun mənşəyini tapmaq üçün getdiyi və məcburi karantindən çıxaraq araşdırmaya başladığı Vuhanda yaxınları COVID-19-dan ölənlərin şok iddiaları böyük müzakirələrə səbəb olub. İngiltərə mətbuatında yer alan xəbərə görə, Vuhan əhalisi koronavirusdan ölən qohum-əqrabaları haqqında danışmağın Çin hökuməti tərəfindən qadağan olduğunu və "susdurulduqlarını" bildirib. Qeyd olunub ki, virusdan ölən insanlarla bağlı paylaşımlar Çin sosial media saytı "WeChat" tərəfindən silinir. Rəsmi məlumata görə Vuhanda koronavirusdan ölənlərin sayı 3900-dür. Çində koronavirusdan ölənlərin ümumi sayı isə 4636 nəfərdir. Lakin bəzi qeyri-rəsmi mənbələrdə Çində COVID-19-dan ölənlərin sayının qat-qat çox olduğu öz əksini tapıb. Вернуться назад |